Binəqədinin icra başçısının oğluna aid şirkətlər üzə çıxıb - Sənəd

Binəqədinin icra başçısının oğluna aid şirkətlər üzə çıxıb - Sənəd
  • Cəmiyyət / Manşet

  • Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyevə məxsus şirkətlər...

    Asiya.az
    -ın xəbərinə görə, Araşdırmaçı jurnalist Cavanşir Həsənli Orxan Allahverdiyevə məxsus 3 şirkətin sənədlərini yayımlayıb.

    Onun 4 həmtəsisçidən biri olduğu "İNVEST-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.
    Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və FƏTƏLİXAN XOYSKİ PR., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.

    Orxan Allahverdiyevin sahibi olduğu 3-cü şirkət - "AMİRAS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin martında qeydiyyata alınıb, şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır. Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, ilyarım əvvəl Xaləddin Isgəndərovun yerinə təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər