Masallıda Qarabağ əlilini boğaza yığan məmur etinasızlığı - VİDEO

Masallıda Qarabağ əlilini boğaza yığan məmur etinasızlığı - VİDEO
  • Sosial / Araşdırma / Manşet / Asiya TV

  • Masallı şəhərində yaşayan Qarabağ müharibəsi əlili Səfərov Azad Əlikişi oğlu sosial problemlər içində yaşayır.

    Bunu sözügedən şəxs Asiya.az-a açıqlamasında deyib.

    O bildirib ki, 2-ci qrup Qarabağ əlilidir. Həyat yoldaşı da 2-ci qrup əlildir. Özü və həyat yoldaşı heç yerdə işləmir.
    “Dəfələrlə iş tapmaq üçün müxtəlif özəl və dövlət qurumlarına müraciət etsək də, iş tapa bilməmişik”.

    Masallıda Qarabağ əlilini boğaza yığan məmur etinasızlığı - VİDEO
    Qarabağ əlili Azad Səfərov

    Masallı sakini deyir ki, qarşılaşdıqları sosial problemlərlə bağlı dəfələrlə adiyatı qrumlara, Rayon İcra Hakimiyyətinə müraciət etsə də, dərdlərinə əlac edən olmayıb.

    A.Səfərov daha sonra Prezident İlham Əliyevə Masallı rayonunda qarşılaşdığı məmur özbaşınalığı, sosial durumu ilə bağlı video müraciət edib.

    Mövzunu diqqətdə saxlayacağıq.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər