Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı

Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
  • Manşet / Olay

  • Masallıda avtomobil dərəyə aşıb, 3 nəfər ölüb.

    Asiya.az xəbər verir ki, Masallının Köhnə Zuvand kəndi ərazisində "Niva" markalı maşın yüksəklikdən dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qəzada ölən və yaralananlar bir ailənin üzvləri olublar.

    "Niva" Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.

    Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı və 2018-ci il təvəllüdlü Şirəliyeva Nuray Orxan qızı xəsarət alıb.

    S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və Könül Quliyevanın azyaşlı Nihad adlı oğlu vəfat edib.

    TƏBİB-dən verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir. S.Şirəliyevin vəziyyəti ağır, R.Mahmudova və N.Şirəliyevanın durumları isə orta-ağır qiymətləndirilir

    Ailə Yardımlıya elçilik məqsədilə gedirmiş.

    Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.

    Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
    Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
    Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
    Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
    Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı
    PAYLAŞ:

    Oxşar xəbərlər