Qonşu ölkədə kağız pulları yığışdırırlar

Qonşu ölkədə kağız pulları yığışdırırlar
  • Dünya / Manşet

  • İranda koronavirus bütün şəhərlərə yayılıb.

    Rəsmi Tehran virusdan 107 nəfərin öldüyünü açıqlayır. Alternativ media isə 483 nəfərin həyatını itirdiyini bildirir.

    Asiya.az xəbər verir ki, İranda koronavirusa görə kağız pulları yığışdırmaq qərarına gəliblər. Daha doğrusu, qonşu ölkənin səhiyyə naziri Səid Nəməki vətəndaşlara əsginaslardan uzaq durmağı tövsiyə edib.

    Heç kimə sirr deyil ki, kağız pullar virusun yayılmasında böyük rol oynayır. Çində məhz bununla bağlı xəbərdarlıq edilmişdi. Tehran da başqa yol görmür. Banklara da xəbərdarlıq olunub. Daha çox elektron ödəmə variantlarından istifadə ediləcək.

    İran turizmi onsuz da ağır günlərini yaşayır. Ölkə rəhbərliyi Kiş adasında evlərin günlük kirayə verilməsini qadağan edib. Görünür, Tehran bu məsələdə də təhlükə görür.
    PAYLAŞ:

    Oxşar xəbərlər