“Sənin yerinə bu sözü kişi desəydi, gecəylə həll edərdim” - VİDEO

“Sənin yerinə bu sözü kişi desəydi, gecəylə həll edərdim” - VİDEO
  • SƏNƏT, Asiya TV

  • Müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərinə münasibət bildirib.

    Asiya.az
    xəbər verir ki, o, bu barədə “Hər şey daxil” verilişində danışıb:

    “Haqqımda danışanın sənəti yoxdur. O, vacib deyil. Sənətim haqda Habil Əliyev, Ağaxan Abdullayev, Niyaməddin Musayev sözün deyib. Mənim nə boyda sənətim var, onu bilirlər. Sənətkar desə, inciməzdim. Oxumaqdan xəbəri yoxdur. Dediyi ləzzət etmir. Bir də ki, “Manaflar” deyir. Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Cavanlar da hamısı mənim kimi oxumaq istəyir. Özümü harada görürəm onu oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Ömürboyu müdafiə etmişəm. Bu dəqiqə həyəcanlısan. Kaş sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm. Sizin evinizdə olmuşam. Elzanın 8 Mart bayramını təbrik edirəm. Qadınla nə danışım? Ona nə deyim? Bir söz deyəcəm, deyəcəklər ki, centilmen olardın, sən kişisən”.

    PAYLAŞ:

    Oxşar xəbərlər