Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB

Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
  • Sosial / Manşet

  • Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub.

    "Report"un Muğan bürosu xəbər verir ki, şəhidlə vida mərasimi başa çatandan sonra onun cənazəsi Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlığa gətirilib və burada torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    ***


    Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.

    Asiya.az xəbər verir ki, martın 6-da ailəsinin yaşadığı kənddə şəhidlə vida mərasimi keçiriləcək.
    Mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.

    Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.

    Qeyd edək ki, dünən saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
    Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    Şəhid əsgər Cəlilabadda dəfn edilib - FOTO - YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər