Qənirə Paşayevanın özəl günü – FOTOLAR

Qənirə Paşayevanın özəl günü – FOTOLAR
  • Cəmiyyət / Manşet

  • Bu gün Milli Məclisin üzvü, xəbər portalımızın dostu, ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın doğum günüdür.

    Ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə o, jurnalistika sahəsində parlaq simalardan biriydi. Millət vəkili olduqdan sonra da Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyəti zəifləmədi, eyni tempdə davam etdi. Bu dəfə onun fəaliyyətinə darda olan, yardıma möhtac qalan insanlara əl uzatmaq kimi bir missiya düşdü və uzun illərdir ki, Qənirə Paşayeva xeyriyyəçilik missiyasını çiynində daşıyır.

    Asiya.az xəbər verir ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.
    1998-ci ildən ANS-in "Xəbərlər xidməti"ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.
    Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

    15 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub.
    Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir.
    "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. Kitabların və onlarla məqalənin müəllifidir.
    Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var.

    "Asiya.az" xəbər portalının kollektivi bu ictimai xadimi, xeyriyyəçi vətəndaşı, əsil millət vəkilini doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür arzulayır.


    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    Qənirə Paşayevanın özəl günü – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər