"Rəsulzadə böyük türkçü idi" - Mübariz Mənsimov

"Rəsulzadə böyük türkçü idi" - Mübariz Mənsimov
  • Cəmiyyət / Manşet

  • "Bütün türk qardaş və bacılarımız Rəsulzadənin ruhuna dualar oxuyur"...


    “Şərəfli ömrünün son saniyəsinə qədər Azərbaycan uğrunda mücadilə apardı. Azərbaycan milli hərəkatının şanlı və əbədi öndəri, bəşər tarixinin nadir, müstəsna şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadə. Bu gün Səni itirdiyimiz gündür. Sən müqəddəs mübarizəmizdə bir məşəl kimi yolumuzu işıqlandıran bir varlıqsan”.

    Asiya.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günü ilə bağlı deyib.

    “Rəsulzadənin həyat və fəaliyyətinin gələcək nəsillərə bir çox tərəfdən təsir göstərəcəyi danılmazdır. O, hər şeydən əvvəl bir Azərbaycan istiqlalçısıdır, çünki XX əsr tarixinin ən məşəqqətli, ağır dövrlərində Azərbaycan istiqlal hərəkatının hər səhifəsi onun şərəfli adı ilə sıx bağlıdır və o, bu hərəkatın bir nömrəli mücahidi idi. Rəsulzadə böyük vətənpərvər idi, çünki fəaliyyətinin 50 ildən çoxunu ən çətin və sıxıntılı günlərində belə heç bir qüvvə onu vətənini düşünməkdən, vətəninə qovuşmaq üçün çalışıb vuruşmaqdan çəkindirə bilmədi. Rəsulzadə böyük türkçü idi, çünki o, bütün mədəni və siyasi fəaliyyətində yalnız Azərbaycan türklüyünü deyil, bütün rus məhkumu türkləri bir an olsun diqqətsiz qoymadı. Bu gün Azərbaycan türküləri də daxil olmaqla, dünyada yaşayan bütün türk qardaş və bacılarımız Məhəmməd Əmin Rəsulzadənin ruhuna dualar oxuyur. Allah Sənə rəhmət eləsin, Öndərimiz” - M.Mənsimov əlavə edib.

    "Rəsulzadə böyük türkçü idi" - Mübariz Mənsimov
    "Rəsulzadə böyük türkçü idi" - Mübariz Mənsimov
    PAYLAŞ:

    Oxşar xəbərlər