ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı

ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı
  • Dünya / Manşet

  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.

    “Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.

    Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.

    “Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər