İlham Əliyevdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, M.Sadıqov 2013-cü ilin fevralından İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı olub və 2020-ci il martın 5-də dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər