DİQQƏT! Koronovirusa görə imtahanlar olmayacaq - RƏSMİ

DİQQƏT! Koronovirusa görə imtahanlar olmayacaq - RƏSMİ
  • İqtisadiyyat

  • Dövlət İmtahan Mərkəzi tərəfindən 15 və 29 mart 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.

    Asiya.az
    xəbər verir ki, DİM abituriyentlərə və valideynlərə tövsiyə edib ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər: ""Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür".
    PAYLAŞ:

    Oxşar xəbərlər