"Məşhur" şüarı qaldıran qız özünü binadan atdı - FOTO

  • Manşet, Olay

  • Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

    Asiya.az
    -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

    Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Xəstəxanadan bildirilib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

    Qeyd edək ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

    "Birazdan intihar edirəm :) rahat olun, nə siz, nə də sizinkimilər mənə lazım deyil)) kimlərəsə inandınız, daha doğrusu məndən başqa hamıya) mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım) son bakal içki və intihar)) necə gözəl səslənir) onda görərsiniz intiharın ən gözəli necə olur)) İntiharımda isə Libre, Əsli və Qurban günahkardır) mənim üstümdə oyun oynadılar) mən isə son dəfə deyirəm, Məhv olsun Patriarxat, yaşasın Feminizm!! Salamat qalın...."

    Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
    Asiya.az


    "Məşhur" şüarı qaldıran qız özünü binadan atdı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər