Milli Məclisə yeni sədr müavinləri seçildi

Milli Məclisə yeni sədr müavinləri seçildi
  • Siyasət / Manşet

  • Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

    Asiya.az
    xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.

    Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər