Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İlginc faktlar

Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İlginc faktlar
  • Araşdırma / İqtisadiyyat

  • Tibbi-profilaktik işlərin aparılmasına nə qədər dövlət vəsiti xərclənib?..

    Dünyada yayılmış koronavius (COVİD-19) infeksiyasının yaratdığı təhlükə ilə əlaqədar Azərbaycanda fəaliyyətdə olan bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qəbul olunmuş qərarın vaxtı 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) uzadıldı. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. Baş Nazir Əli Əsədovun bu məqsədlə imzaladığı sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumatlara görə “Martın 6-sı axşamadək 4250 təhsil müəssisəsində koronavirus təhlükəsinə görə dezinfeksiya işləri aparılıb”. Maraqlıdır, bəs bu tibbi-profilaktik işlərin aparılmasına nə qədər dövlət vəsiti xərclənib?

    Asiya.az xəbər verir ki, Aktual.org-un apardığı araşdırmalara görə Təhsil Nazirliyi hər il respublikanı əhatə edən bütün təhsil müəssilərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin aparılması məqsədi ilə Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə dövlət vəsaiti ayırır. Sözügedən tibbi -profilaktik işlərin aparılması üçün tender elan olunur, dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq tender keçirilir,qalib müəyyən edildikdən sonra görüləcək işin icra olunması üçün müqavilə bağlanır və ayrılmış vəsaitlər həmin şirkətin hesabına köçürülür. Artıq birinci rübün başa çatmasına baxmayaraq 2020 ci ildə orta məktəblərdə tibbi-profilaktik və dezinfeksiyaedici işlərin aparılması üçün hələlik heç bir tender elanı olmayıb. Amma ötən ilin müvafiq dövrü üçün bu işlərin görülməsinə külli miqdarda dövlət vəsaitinin ayrıldığını görmüş oluruq.

    Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən 29.01 2019-cu ildən 01.02 2019-cu ilə qədər,yəni 4 gün ərzində təhsil müəssisələrində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması üzrə 15 tender elan edib. Elan olunmuş hər bir tenderin dəyəri isə 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub.

    Sözügedən tenderlərin elan olunma və açılma tarixlərini ardıcıllıqla oxuculara təqdim edirik:

    Sumqayıt, Şuşa şəhərləri, Abşeron, Xızı, Qubadlı, və Zəngilan rayonlarını əhatə edən Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Sumqayıt şəhəri, Sülh küçəsi-3 ünvanında aparılacağı bildirilib. Lakin keçirilmiş tenderə ayrılmış dövlət vəsaiti açıqlanmayıb.

    Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edən 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 29.01.2019 və 08.02 .2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 14.03.2019 10:00 tarixində Xaçmaz ş., H.Əliyev prospekti 7 ünvanında aparılacağı bildirilıb. Bu tender barədə də heç bir məlumat açıqlanmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər