“İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platforması təsis olundu - FOTO

“İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platforması təsis olundu - FOTO
  • Sosial

  • Bu gün “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının təsis yığıncağı keçrilib.

    Asiya.az
    xəbər verir ki, təsis yığıncağında "Mədəniyyətlərin İnteqrasiyası Mərkəzi İctimai Birliyinin sədri Rəfail Tağızadə, "Doğma Yurda Qaydış" İctimai Birliyinin sədri Səməd Hətəmov, "Demokratiyanın və Milli Dəyərlərin Təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov, "Sosial Tərəqqinin Dəstəklənməsi" İctimai Birliyinin sədri Hacı Bakir Həsənbəyli, "Qarabağ Müharbəsi İştirakçıları" İctimai Birliyinin sədri Elşən Quliyev, “Axın” İctimai Birliyinin sədri Elşad Barat, “Ekaloji Saflaşdırma və Tibbi Maarifləndirmə” İctimai Birliyinin sədri Mehriban Sadıqova və "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev iştirak edib.

    Təsis yığıncağında yeni QHT platformasının yaradılmasının vacibliyi ətrafında geniş müzakirələr aparıldıqdan sonra qrumun yaradılması məqsədə uyğun sayılıb. Platformanın nizamnaməsi müzakirə edilərək qəbul edilib. İdarə Heyətinə və MNTK-na seçkilər keçrilib. Taleh Əliyev, Hacı Bakir Həsənbəyli, Səməd Hətəmov, Əli Cəfərov və Elşən Quliyev İdarə Heyətinə, Rəfail Tağızadə, Mehriban Sadıqova və Elşad Barat MNTK-na üzv seçiliblər. Bununla da təsis yığıncağı öz işini başa vurub.

    Sonra İdarə Heyətinin və MNTK-nın ilk iclasları keçrilib. Taleh Əliyev İdarə Heyətinin, Rəfail Tağızadə isə MNTK-nın sədri seçiliblər.
    “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platforması təsis olundu - FOTO
    “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platforması təsis olundu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər