DSMF əlillərin sosial təminatını alver predmetinə çevirib - İttiham

DSMF əlillərin sosial təminatını alver predmetinə çevirib - İttiham
  • Siyasət, Sosial

  • Prezidentin adından mənzillərin gizlin ,rüşvətlə bölgüsünün başında kimin dayandığını aşkar etmək də çətin deyil...

    "Ötən ilin 24 dekabrında -Prezidentin ad günündə açılışını etdiyi Nizami rayonu, Çobanzadə küçəsindəki əlil və şəhid ailələrinə tikilən evin qanunsuz, rüşvətlə bölgüsü gündəmdən düşməsə də , hələ də Prezidentin sosial-iqtisadi, humanitar siyasətinin gözdən salınıb urvatsız edilməsi, əlil -şəhid ailələrinə mənzil bölgüsünün alver, korrupsiya predmetinə çevrilməsi faktına hüquqi qiymət verilməyib".

    Asiya.az bildirir ki, bu barədə DA.AZ-a göndərilən məqalədə deyilir.

    Məqalədə daha sonra bildirilir: "Təsəvvür edin , 5 ilə tikilib başa çatdırılan 96 mənzilli evin özü gizlin bölünüb, Prezident cəmi 5 nəfərə mənzil orderi verib , amma nazir prezidentin yanında keçirilən müşavirədə çıxış edərkən onun yadına salır ki, 24 dekabrda açılışını etdiyi ev şəhid ailələrinə hədiyyə edilib! ? Maraqlıdır, şəhid ailələrinə verilən mənzilləri niyə gizlin “hədiyyə edib” , sonra da bunu prezidentin yadına salırlar? Deməli, “ortada pişik var”, “hədiyyə” ödənişli olub. Ödəniş o qədər sanballı olub ki, hətta ölkənin 1-ci şəxslərindən, Milli Məclisdən ƏƏSM nazirinə göndərilən sorğulara, göstərişlərə, qanunun, Konstitusiyanın tələbinə də göz yumulub. Heç Konstitusiyanın 129-cu maddəsinə əsasən dövlətin adından çıxarılan məhkəmə qərarını qanunsuz “hədiyyə ödənişi” görməyə qoymayıb. Sadəcə, borclu ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə, sektor müdiri Vüqar Behbudov, Rövizə Behbudova və digərləri dövlət məmurları kimi vəzifə kürsülərindən korrupsiya amacı ilə yararlanıb bazar açıblar. Özü də bir neçə evi , villaları , torpaq sahəsi olan “peşəkar alverçilərə” bu bazarda meydan -mənzil verilib. Fakt ortadadır və bu faktdan qaçmaq mümkünsüzdür. Borclu ƏƏSMN , yanındakı DSMF-in rəhbərliyi faktı dana bilmir, odur ki, prezidentin adından yalan uydururlar ki , bəs həmin ev elə prezidentin göstərişi ilə yalnız Nizami rayonunda mənzil növbəsinə dayananlara verilib! ? Prezident niyə belə ayrı-seçkilik etsin ki? Özü də, axı, belədirsə, prezidentin tapşırığına yenə də əməl edilməyib , elə prezidentin özünün şəxsən order verdiyi 5 nəfərin heç biri Nizami rayonundan növbəyə durmayıb. Eyni zamanda, əmlak xidməti bir neçə evi, villası olanlara necə əmlakları olmaması haqqında arayış verib? Bu faktları kim araşdırmalıdır? Prezident dəfələrlə bəyan edib və son dəfə yeni təyin etdiyi icra başçılarını qəbul edəndə vurğuladı ki, korrupsiya ilə mübarizə bundan sonra da davam edəcək. Bəs niyə ƏƏSMN sistemindəki “müalicə , mənzil korrupsiyası” əlilləri ölümlə “ hədələyir “? Təsəvvür edin, SƏHİYYƏ NAZİRLİYİNİN RƏYİ ƏSASINDA XARİCDƏ MÜALİCƏYƏ GETMƏYƏ RƏY VERİLƏN ƏLİLLƏRİN MÜALİCƏSİNİN TƏŞKİLİNDƏN İMTİNA OLUNUR Kİ, ƏƏSMN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMAYIB ! Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamı 2014 -cü ilə kimi növbədə olanların 2014-2018 -ci illərdə mənzillə təmin olunmalarını təsbit etsə də , ƏƏSMN, yanındakı DSMF prezidentin sərəncamına əməl etmək əvəzinə, sərəncamın icrasını 10 il geri -2028-ci ilə çəkdirdi. Borclu olduğu məhkəmə qərarını da bu tarixə yəni 12 ilə icra edəcəyini bildirir! (?) Fikir verin, ƏLİLLƏRİN MƏNZİLLƏ TƏMİNATI HAQQINDA PREZİDENT SƏRƏNCAMI 14 İLƏ, MƏHKƏMƏ QƏRARI İSƏ 12 İLƏ İCRA OLUNACAQ! Belə sosial təminatla, prezidentə ,Konstitusiyaya belə hörmətsizliklə yalnız və yalnız büdcədən ayrılan sosial müdafiə vəsaitlərini mənimsəmək olar.

    Prezident heç bir məmurun xüsusi imtiyaza malik olmadığını bildirib. Yəqin ki, Prezidentin sərəncamını 10 il geriyə çəkmək imtiyazının yiyəsi də bəlirlənər. Eləcə də, Prezidentin adından mənzillərin gizlin ,rüşvətlə bölgüsünün başında kimin dayandığını aşkar etmək də çətin deyil. Təki istək və niyyət olsun!"

    Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər