“Lider TV” - yayımını bərpa etdi

“Lider TV” - yayımını bərpa etdi
  • İQTİSADİYYAT

  • "Lider TV"nin yayımı bərpa olunub.

    Asiya.az
    xəbər verir ki, martın 10-da saat 22:01-də "Gecənin sehri” verilişi başlayandan sonra efiri yarıda kəsilən kanalda yayımlar davam edir.

    Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev "Report”a açıqlamasında yayımın dayanmasına səbəb kimi daxili texniki problemlərin olduğunu bildirib.

    Qeyd edək ki, "Lider TV" 2000-ci ildən fəaliyyət göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər