Daşkəsəndə yaylaq mövsümünün başlanması ile əlaqədar müşavirə keçirildi - FOTOLAR

Daşkəsəndə yaylaq mövsümünün başlanması ile əlaqədar müşavirə keçirildi - FOTOLAR
  • Sosial

  • Martın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon ərazisində yaylaq mövsümünün başlaması ilə əlaqədar RİHBA-nın məsul işçilərinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirib.

    Asiya.az
    xəbər verir ki, Müşavirəni giriş nitqi ilə açan Əhəd Abıyev deyib:

    - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 156 nömrəli Qərarına əsasən Dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə otlaq sahələri hər bir rayonun özünə aid edilmişdir. O cümlədən də Daşkəsən rayonu ərazisində olan yay otlaqlarının istifadəsinə nəzarət aidiyyəti üzrə Daşkəsən Rayon İcra Hakimiyyətinə verilmişdir.

    Həmin qərarın icrası ilə bağlı aran rayonlarından və rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2020-ci ilin yay mövsümü ərzində rayon ərazisində olan yay otlaq sahələrinə davarların gətirilməsi ilə əlaqədar dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsi, mühafizəsi və xəstəliklərin qarşısının alınması üçün baytarlıq xidməti tədbirlərinin həyata keçmək, təsərrüfat sahiblərinə heyvanların sağlamlıq vəziyyəti barədə baytarlıq şəhadətnaməsinin (Forma №-1) verilməsini təmin etmək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2020-ci il tarixli 13 nömrəli sərəncamı ilə rayon ərazisində yerləşən yay-otlaq sahələrinə gedən keçid yollarda 12 mart 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixə kimi Gəncə-Daşkəsən şose yolunda, Bayan kəndi ərazisində yerləşən “Gülazar” bulağının yanında, Çovdar kəndi ərazisində yerləşən “Xanımcan” bulağının yanında, Çaykənd kəndi ərazisində nəzarət məntəqələri yaradılır.

    Əlavə olaraq bəzi yerlərdən də sürülərin rayona qanunsuz olaraq gətirilməsi hallarına yol verilir və bəzi təsərrüfat sahiblərinin şəxsi marağı səbəbindən həmin təsərrüfatlar uçotdan və nəzarətdən yayındırılmağa çalışılır. Həmin ərazilərdə də aidiyyəti sahə inspektorlarının iştirakı ilə yaradılmış işçi qrupları tərəfindən bunun qarşısı alınacaqdır və həmin sürülər qanunsuz düşdüyü ərazilərdən uzaqlaşdırılacaqdır.

    Əraziyə qanunsuz yolla gətirilən həmin sürülər yerlərdə sakinlərə məxsus əkin sahələrinə, pay torpaqlarına ziyan vurur. Yerli vətəndaşlarla, digər hüquqi və fiziki şəxslərlə qarşıdurmalara, münaqişələrə, məhkəmə çəkişmələrinə səbəb olur. Bu kimi halların qarşısını almaq məqsədilə bu məsələyə çox ciddi yanaşılmalıdır. Buna yol verməyə çalışan şəxslərə çox ciddi xəbərdarlıq edilir.

    Müvafiq sərəncama əsasən rayonunun yay otlaq sahələrinin keçid ərazilərində yaradılan baytarlıq məntəqələrində və mövsüm ərzində bütün yaylaqlarda asayişin qorunması polis əməkdaşlarının iştirakı ilə təmin ediləcəkdir.

    Yaradılan baytarlıq məntəqələrinə ayrılan baytar xidməti mütəxəssisləri tərəfindən yaylaq mövsümündə heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə keçid məntəqələrində, təsərrüfatlarda heyvanlar arasında bütün xəstəliklər üzrə aparılmış profilaktiki tədbirlərin sənədləri tam yoxlanılmalı, baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına yol verilməməlidir.

    Baytarlıq məntəqələrinin mütəxəssislərinə xidməti istifadə məqsədilə aidiyyəti şəxslərin, bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərə məxsus təsərrüfatlarda olan heyvanların baş sayı barədə müvafiq siyahılar təqdim olunmuşdur.

    Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı və Rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş və məsul işçisinin imzası ilə verilmiş müvafiq buraxılış vərəqəsini təqdim etdikdən sonra sürülərin yaylaqlara buraxılması təmin edilə bilər.

    Rayonumuzun milli sərvəti olan dövlət fondu yay otlaqlarının səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə Torpaq Məcəlləsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, “Örüş, otlaq və biçənək sahələrinin icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına uyğun torpaqların istifadəsi, icarəçilər tərəfindən torpaqdan təyinatı üzrə düzgün istifadə edilməməsi, yay otlaq sahələrinin özbaşına icarəyə verilməsi, icarə müqavilələrinin şərtlərini pozulmaqla icarə haqlarının ödənilməməsi və s. bu kimi halların qarşısının alınması üçün aidiyyəti tədbirlərin görülməsi tərəfimizdən nəzarətdə saxlanılacaqdır.

    Sonra fermerlər üçün daha əlverişli şəraitin yaradılması üçün bu sahədə olan mövcud problemlər təhlili edilmiş və həlli yolları müzakirə olunmuşdur.

    Daşkəsəndə yaylaq mövsümünün başlanması ile əlaqədar müşavirə keçirildi - FOTOLAR
    Daşkəsəndə yaylaq mövsümünün başlanması ile əlaqədar müşavirə keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər