Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR

Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR
  • Sosial / Manşet

  • Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir.

    Bu baxımdan Novruz bayramının gəlişi ilə əlaqədar Masallı rayonu Ərkivan qəsəbəsində də abadlıq təmizlik işlərinə start verilib.

    Asiya.az xəbər verir ki, Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Ərkivan-Boradigah və Ərkivan-Qəriblər avtomobil yolunun kənarında əkilən 2000-ə yaxın müxtəlif növ yeni, eləcə də yüzlərlə köhnə ağaca qulluq edilir. Onların gövdələri ağardılır, lazımsız hissələri budanır. Ərazi kol-kosdan təmizlənir, yol qırağı səkilər rənglənir.
    Abadlıq işlərini Masallı DOST mərkəzinin fəhlələri həyata keçirir.

    Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR
    Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR
    Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR
    Ərkivanda abadlıq işləri davam edir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər