Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəman ailələri ilə görüşdü - FOTO

Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəman ailələri ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB –in sədri Qənirə Paşayeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş bir sıra Milli Qəhrəman ailələri ilə görüşüb. Onların ailə üzvlərini 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib.

    Asiya.az
    xəbər verir ki, görüş zamanı vətənimizin bütövlüyü uğrunda döyüşmüş, canlarını fəda etmiş şəhidlərimizin hər birimiz üçün əziz olduğunu vurğulayıb.

    Prezident İlham Əliyevin Milli Qəhrəman ailələri, şəhid ailələri, müharibə əlilləri və veteranlarına xüsusi diqqət və qayğısından danışan millət vəkili Q.Paşayeva şəhid ailələrinin hər zaman dövlətimizin diqqətində olduğunu vurğulayıb:

    “Cənab Prezidentin şəhid ailələri ilə görüşü, onlara xüsusi diqqəti və daimi qayğısı bizim üçün bir nümunədir. Şəhid ailələri, Milli Qəhrəmanlarımız və onların ailələri bizim üçün çox əzizdir”.

    Qənirə Paşayeva qeyd edib ki, hər bir Milli Qəhrəmanımızın həyat və döyüş yolu bu günki və gələcək gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. O bildirib ki, hamı Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına əmindir:

    “O gün uzaqda deyil, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.

    Millət vəkili həmçinin görüşdüyü ailələrin fikirləri ilə tanış olub, onların qayğılarını dinləyib, onları maraqlandıran, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    O, böyüyən gənc nəsillərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələrin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Milli qəhrəman ailələri də daxil olmaqla, şəhid ailələri, müharibə veteranları və qazilərimizin qayğı və problemlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir. Ölkəmizin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, məcburi köçkün ailələri və qazilərimizlə hər bir görüşü, onlara qayğı və dəstəyi bir daha göstərir ki, bu dəyərli insanlarımız hər zaman dövlətimizin diqqətindədir.

    Görüş zamanı şəhid ailələri dövlətimizin onlara göstərdiyi qayğı və diqqətdən söz açıblar, buna görə Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın fəaliyyətini təqdir etdiklərini vurğulayıblar. Onlar eyni zamanda onları maraqlandıran bəzi məsələləri, qayğılarını da dilə gətiriblər və Qənirə Paşayeva mütləq müvafiq qurumlarla bu məsələlər ətrafında müzakirələr aparacağını, onların müsbət həlli istiqamətində çalışacağını deyib.

    Görüşdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da Milli Qəhrəmanların ibrətamiz həyat yolunun gələcək nəslə tanıdılmasının vacibliyini bildirib, ailələri qarşıdan gələn bahar təravətli Novruz bayramında bol ruzi-bərəkət, can sağlığı və gözəl günlər arzulayıb.

    Sonda Milli Qəhrəman ailələrinə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin adından təbrik edilib.

    Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəman ailələri ilə görüşdü - FOTO
    Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəman ailələri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər