Qənirə Paşayeva Milli Məclisin iclasında təhsil kreditlərindən, autizm sindromlu uşaqlardan danışdı

Qənirə Paşayeva Milli Məclisin iclasında təhsil kreditlərindən, autizm sindromlu uşaqlardan danışdı
  • Siyasət

  • Bu gün Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub. Distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

    Millət vəkili bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaların sayının getdikcə artdığını deyən Qənirə Paşayeva bu ailələrin qanunverici orqandan dəstək gözlədiyini deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər