“Qarabağ”dan 5 futbolçu ayrılacaq - ADLAR

“Qarabağ”dan 5 futbolçu ayrılacaq - ADLAR
  • İdman

  • "Qarabağ"ın indiki heyətində olan 5 futbolçunun yeni mövsümə Ağdam komandasında başlamamaq ehtimalı yüksəkdi.

    Asiya.az
    xəbər verir ki, bunlardan birinin - kapitan Rəşad Sadıqovun mayda karyerasını bitirəcəyi çoxdan dəqiqləşib. Futbolçu artıq özü də bu haqda məlumat verib.

    İspan yarımmüdafiəçi Miçelin də Ağdam komandası ilə yolları ayıracağını proqnozlaşdırmaq çətin deyil. Artıq "qocalan" yarımmüdafiəçinin oyununda eniş sezilməsi faktdı. Ağdamlılara əvvəlki qədər kömək edə bilməyən orta xətt oyunçusunun yerini daha gənc futbolçuya vermək vaxtı çatıb. Sözügedən legionerin klubla olan müqaviləsinin müddəti yayın ilk ayında bitir.

    "Ştutqart"dan icarəyə götürülən Aylton da Silvanı daimi əsasda heyətə qatmaq arzusu olduqca çətin görünür. Kipr APOEL-i başda olmaqla bir neçə başqa klubdan da təklif alan braziliyalı cinah müdafiəçisinin icarə müqaviləsinin müddəti 2 aydan sonra bitəcək. Cənubi amerikalıya görə 1,5 milyon avro istəyən "Ştutqart" məbləğ məsələsində ciddi güzəşt etməsə, yeni "izdivac" reallaşmayacaq.

    Əsas heyətdəki yerini Şahruddin Məhəmmədəliyevə uduzan Vaqner da Silvanın da komandada saxlanılacağına ümid azdı. Əcnəbi qolkiperin ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilməsi sıradan reallıq deyil. "Qarabağ" rəhbərliyi yayın ilk ayında azad agentə çevriləcək əlcək sahibinə yeni anlaşma təklif etməyib. Deməli, əlavə şərhə ehtiyac yoxdu.

    Abdullah Zubirin Ağdam təmsilçisi ilə olan rəsmi sözləşməsinin müddəti mövsümün sonunda bitmir. Amma bu legionerin də iş yerini dəyişmək ehtimalı yüksəkdi. Fransanın iki klubundan təklif alan vingerlə bağlı məsələ indilik açıq qalsa da, ayrılmağı arzulayacağı halda, Qurban Qurbanov onunla vidalaşmağın tərəfində olacaq. (Fanat.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər