Türk aparıcılar Pərvizi “Survivor”dakı bu sözlərinə görə alqışladılar - VİDEO

Türk aparıcılar Pərvizi “Survivor”dakı bu sözlərinə görə alqışladılar - VİDEO
  • İdman

  • Türkiyənin "TV8" kanalında yayımlanan "Survivor Ekstra" verilişində azərbaycanlı idmançı Pərviz Abdullayevdən danışılıb.

    Asiya.az baku.ws-ə istinadən xəbər verir ki, "Survivor 2020" yarışmasında iştirak edən həmyerlimizin performansı haqqında söhbət edilib.

    Aparıcılar Pərvizin ən güclü iştirakçılardan biri olduğunu deyib. Həmyerlimiz dil problemi olduğu üçün komanda yoldaşları ilə dialoq qura bilmirdi.

    Aparıcılar buna diqqət çəkərək artıq bu problemin də həll olunduğunu söyləyib. Zarafatları, söhbətləri və iddialı cümlələri ilə artıq tamaşaçıların da ürəyinə yol tapan Pərviz performansı ilə də diqqət mərkəzindədir.

    Pərvizin "Bu yarış mənimdir" sözləri isə aparıcıların xoşuna gəlib və efirdən onu alqışlayıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər