Rusiya əcnəbilər üçün sərhədi martın 18-dən mayın 1-nə kimi bağlayıb

Rusiya əcnəbilər üçün sərhədi martın 18-dən mayın 1-nə kimi bağlayıb
  • Dünya

  • Rusiya höküməti koronavirus təhlükəsi ilə əlaqədar martın 18-dən etibarən xarici vətəndaşların ölkəyə daxil olmasını məhdudlaşdırılması haqqında qərar qəbul edib.

    Asiya.az
    -ın Moskva müxbirinin verdiyi məlumata görə, əcnəbilərin ölkəyə girişinə qadağa may ayının 1-nə (1 may daxil olmaqla) kimi qüvvədə qalacaq.

    Rusiya hökümətinin qadağa məhdudiyyəti səfirlik və konsulluqların əməkdaşlarına, beynəlxalq nəqliyyatda yük daşıyan avtomobil sürücülərinə, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, qatar briqadalarının üzvlərinə şamil olunmayacaq.Bundan başqa Rusiyada yaşamağa icazəsi olan əcnəblərə qadağa aid deyil.

    Qeyd edək ki, indiyə kimi Rusiyada 93 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bu səbəbdən Rusiya hökuməti martın 15-dən etibarən Polşa, Norveçlə sərhədi bağlayıb. Avropa Birliyi ölkələri ilə hava nəqliyyatını məhdudlaşdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər