Şahmar Usubov gənc fəalı niyə şərləyir? - ARAŞDIRMA+FOTO

Şahmar Usubov gənc fəalı niyə şərləyir? - ARAŞDIRMA+FOTO
  • Araşdırma / Cəmiyyət

  • Dünən 17 mart 2020-ci il tarixində “Afn.az” xəbər portalında şəhid qızı olduğunu deyən Aynurə Abışova Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən təzyiqlərlə üzləşdiyini, vətənpərvər addımlarına görə başçı tərəfindən töhmət aldığını və qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı Prezident İlham Əliyevə video müraciəti yayımlanmışdı. Xəbərin aktuallığını nəzərə alaraq həmin video müraciəti “Asiya.az” xəbər portalı da Gənc fəal icra başçısından Prezidentə müraciət etdi – VİDEO” başlığı altında yayımlamışdı.

    Qarşı tərəf kimi Xocalı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədiyimiz üçün xəbərin sonun da “Qarşı tərəfin mövqeyini verməyə hazırıq”. yazmışdıq.

    Bu gün Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva redaksiyamızla əlaqə saxlayaraq Şikayətçi Aynurə Eyvazovanın fırıldaqçı olduğunu, onun video müraciətinin şər-böhtan olduğunu bildirərək, Aynurə Abışovanın atasının şəhid olmadığını qeyd edib.

    Asiya.az-ın əməkdaşı İcra hakimiyyətinin hər hansı açıqlaması, faktı olarsa dərc etməyə hazır olduğunu bildirib.
    Lamiyə Qarayeva Asiya.az-ın elektron ünvanına aşağıdakı məlumatları göndərərək, israrla Aynurə Abışovanın video müraciətini saytdan çıxarmağımızı tələb edib. Bu xəbərin Xocalı Rayon İcra başçısı Şahmar Usubovun imicinə xələl gətirdiyini bildirib.

    Xocalı Rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtundan Asiya.az-a daxil olan məlumatı təqdim edirik:

    “Xocalı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq baş məsləhətçisi Abışova Aynurə Eyvaz qızı haqqında məlumatları aşağdakı kimi nəzərinizə çatdırmaq istəyirik.

    Abışova Aynurə Eyvaz qızına Dövlət Qulluğu Haqqında Qanunu və Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Qanunun müvafiq maddələrini kobud şəkildə pozduğu üçün, rəhbərliyə tabeçilik göstərmədiyi üçün 21.08.2015-ci il tarixdə və 24.10.2017-ci il tarixdə töhmət verilmişdir.
    Abışova Aynurə Eyvaz qızı 21.08.2015-ci il tarixdə və 24.10.2017-ci il tarixdə verilən töhmətlərdən nəticə çıxartmayaraq etdiyi kobudluqları dəfələrlə təkrar etdiyi üçün Dövlət Qulluğu Haqqında Qanunu və Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Qanunun müvafiq maddələrinə əsasən 17.09.2018-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.

    Hal-hazırda iş məhkəmə prosesindədir.
    Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 03.03.2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində Xocalı rayon İcra Hakimiyyətinin iddiası təmin edilmişdir.

    Həmçinin onu da qeyd etmək istəyirik ki, Kasassiya şikayəti ərəfəsində Abışova Aynurə Eyvaz qızı 13.12.2019-cu il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbula dəvət olunmuş, ona Xocalı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində “Nümayəndənin müavini” vəzifəsi təklif edilmişdir. Abışova Aynurə Eyvaz qızı bu barədə düşünmək üçün saat 15:00-dək vaxt istəmiş, daha sonra öz fikrini bildirəcəyini qeyd etmişdir. Həmin tarixdə Abışova Aynurə Eyvaz qızının iş vaxtı bitənədək fikrinin öyrənilməsi üçün gözlənilmiş, ancaq o heç bir vasitə ilə yekun fikir barədə məlumat verməmişdir. Bir neçə gün sonra isə Xocalı rayon İcra Hakimiyyəti Başçısı aparatına gələrək icra başçısı qarşısına qeyri-etik normalarla bəzi şərtlər qoymuş və qeyd etmişdir ki, əgər başçı öz vəsaiti hesabına mənə 10.000 manat pul vəsaiti ödəyərsə, təklif olunan həmin vəzifəni qəbul edərəm.”

    Bundan əlavə Aynurə Abışovanın atasının şəhid olmaması ilə bağlı bir neçə nəfərin icra başçısı Şahmar Usubovun adına yazdığı ərizə qeyd edilib.

    Asiya.az olaraq bizə təqdim edilən sənədlər üzərində kiçik araşdırma apardıq.

    Xocalı Rayon icra hakimiyyəti əsasən Aynurə Abışovanın atasının şəhid olmamasını sübut etməyə çalışır ki, bu məsələdə həmin “sübut” bir o qədər də önəmli deyil. Tutaq ki, lap elə siz deyən kimidir, Aynurə Abışovanın atası şəhid olmayıb, yol qəzasında vəfat edib. Axı şikayətçi Aynurə Abışova icra başçısını tam başqa işdə təqsirli bilir. Bu təqsirə cavab verin!
    İcra hakimiyyətindən göndərilən məlumatda Aynurə Abışovanın 21.08.2015-ci il və 24.10.2017-ci il tarixlərində töhmət aldığı, 17.09.2018-ci il tarixdə isə tutduğu vəzifədən azad edildiyi göstərilir. Qeyd edilir ki, hazırda iş məhkəmə prosesindədir.

    Sonra isə qeyd edilir ki, “Abışova Aynurə Eyvaz qızı 13.12.2019-cu il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbula dəvət olunmuş, ona Xocalı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində “Nümayəndənin müavini” vəzifəsi təklif edilmişdir”.

    Sual yaranır, 2 töhmət alaraq işindən uzaqlaşdırılan və hazırda işi məhkəmə çəkişməsi olan Aynurə Abışova niyə yenidən icra hakimiyyətinə çağrılaraq vəzifə təklif edilir?
    Yəqin ki, Aynurə xanım icra hakimiyyətində işlədiyi dövürdə icra başçısının yol verdiyi çox qanunsuz əməldən xəbəri var. Buna görə də icra başçısı ona "güzəşt" etmək qərarına gəlib

    Daha sonra isə qeyd edilir ki, “Aynurə Abışova Xocalı rayon İcra Hakimiyyəti Başçısı aparatına gələrək icra başçısı qarşısına qeyri-etik normalarla bəzi şərtlər qoymuş və qeyd etmişdir ki, əgər başçı öz vəsaiti hesabına mənə 10.000 manat pul vəsaiti ödəyərsə, təklif olunan həmin vəzifəni qəbul edərəm.”
    Əgər belə hal baş vermişdisə niyə icra başçısı Şahmar Usubov hüquq-mühafizə orqanlarına müraciət edilməyib? Axı bu bir başa cinayət əməlidir. Məlum olur ki, Aynurə Abışova vəzifəni qəbul etmədikdə icra başçısı onu şərləmək qərarın verir.

    Xocalı bizim qan yaddaşımızdır. Ərazisi işğal, əhalisi soyqırıma məruz qaldığı üçün bu rayona, onun sakinlərinə qarşı hər birimizdə başq cür mərhəmət, sevgi hissi var. Belə olmasaydı gözdən qulaqdan uzaq qalaraq Şahmar Usubov 20 il bu rayonda icra başçısı işləməzdi. Özü Xocalıdan olmasına baxmayaraq azsaylı əhalisi olan rayonun atasız, gənc, fəal qızını məhkəmələrdə süründürməzdi.
    Görsənən odur ki, cənab Prezidentin icra başçılarına verdiyi son tapşırıqlardan, əhalini narazı salmamaq, onların qayğısına qalmaq tapşırıqlarından Şahmar Usubov bixəbərdir.

    Məsələni diqqətdə saxlayacağıq.
    Asiya.az


    Şahmar Usubov gənc fəalı niyə şərləyir? - ARAŞDIRMA+FOTO
    Şahmar Usubov gənc fəalı niyə şərləyir? - ARAŞDIRMA+FOTO
    Şahmar Usubov gənc fəalı niyə şərləyir? - ARAŞDIRMA+FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər