Elza Seyidcahan: “Kübar insanlar yasa tacla gələr”

Elza Seyidcahan: “Kübar insanlar yasa tacla gələr”
  • Mədəniyyət

  • Əməkdar artist Elza Seyidcahan ötən gün Xalq artisti Rafael Dadaşovun yas mərasiminə tacla gəlməsinə aydınlıq gətirib.

    Asiya.az
    Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə mövzu barədə yazılan xəbərə şərh yazarkən səhv bir addım atmadığını qeyd edib. Müğənni-bəstəkar kübar insanların bu cür addım atdığını vurğulayıb:

    "Canlı çəkilişlər oldu və mən fikirləşdim ki, mütləq dəfn mərasiminə getməliyəm. Amma belə necə gedim? Sonra bir anlıq özum -özümə dedim ki, niyə tacı çıxardım? Əvvəla, tacın qaşları qaradır. Ən əsası da, Rafael müəllim tac adı altında doğulan sənətkar nəslindəndir və sənətkardır. Məncə, tacla getməyimi təsadüfi saymayaq. Yəqin, qismət belə yazılıb.

    Mən tacımı çıxartmasam, ayıb olmaz, hətta yerinə düşər. Qədimdə və elə indi də kübar insanlar yas mərasimlərinə başlarında tac, şlyapa ilə gəlirlər. Burda qəbahət bir iş görməmişəm. Əsas odur ki, mən orada idim! Şöhrət ordenli sevilən sənətkarımızı son mənzilinə yola salan əzizlərinə, xalqımıza bir təskinlik verdimsə, bu, mənim üçün də bir fəxr oldu. Elza heç vaxt səhvə yol vermir”.

    Elza Seyidcahan: “Kübar insanlar yasa tacla gələr”
    Elza Seyidcahan: “Kübar insanlar yasa tacla gələr”
    Elza Seyidcahan: “Kübar insanlar yasa tacla gələr”
    PAYLAŞ:

    Oxşar xəbərlər