Neftin qiyməti 20 dollara düşə bilər

Neftin qiyməti 20 dollara düşə bilər
  • İqtisadiyyat / Manşet

  • Neftin qiymətinin kəskin düşməsi dünyadakı iqtisadi böhranı dərinləşdirir. Bu dəqiqələrdə “Brent” markalı məhsulun bareli 28,8 dollara təklif olunur.

    Asiya.az
    xəbər verir ki, neftin qiyməti 20 dollara düşə bilər. “Sberbank”ın rəhbəri German Qref bu haqda danışıb.

    Neftin qiyməti 20 dollara düşə bilər

    German Qref


    O, proqnozların bu yöndə olduğunu bildirib. Qref eyni zamanda Rusiyada 1 dolların 100 rubla bərabər ola biləcəyini söyləyib.

    “Sberbank”ın rəhbəri qiymətin kəskin düşməsinin ölkə iqtisadiyyatını sarsıdacağını deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi bank istənilən halda səhmdarlarına divident verəcək.

    Neftin qiyməti Rusiyanın Səudiyyə Ərəbistanı ilə razılaşmasının alınmamasından sonra düşməyə başladı. Bu proses rublun dəyər itirməsinə də gətirib çıxardı. İndi Rusiyada 1 dollar 75 rubldan yuxarı qiymətləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər