Qənirə Paşayeva koronavirusdan danışdı "Azərbaycan təkcə Bakıdan ibarət deyil" - VİDEO

Qənirə Paşayeva koronavirusdan danışdı "Azərbaycan təkcə Bakıdan ibarət deyil" - VİDEO
  • Sosial

  • “Dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşları bu tədbirlərin həyata keçirilməsində fəal olan ölkələrdə koronavirusun aradan qaldırılması üçün addımlar daha effektiv olur”.

    Asiya.az
    xəbər verir ki, bunu Milli Məclisin dünən keçirilən plenar iclasında parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
    Qənirə Paşayeva bildirib ki, təşvişə əsas yoxdur: “Eyni zamanda vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar. İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır”.

    PAYLAŞ:

    Oxşar xəbərlər