Bakıda Nigeriya vətəndaşı ev sahibini döyüb

Bakıda Nigeriya vətəndaşı ev sahibini döyüb
  • Hadisə

  • Bakıda əcnəbi kirayə qaldığı evin sahibini döyüb.

    Asiya.az
    xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Z. Kərimov küçəsi ev 199-da qeydə alınıb. Həmin evdə kirayədə yaşayan Nigeriya vətəndaşı, 1989-cu il təvəllüdlü Musa Mədu Palnam mənzili tərk etmək üçün əşyalarını yığarkən ev sahibi, 1984-cü il təvəllüdlü Rövşən Nəsirli ilə aralarında mübahisə baş verib.

    Bildirilib ki, Nigeriya vətəndaşı Musa Mədu Palnam Qərbi Xəzər Universitetində hazırlıq kursu keçmək üçün Azərbaycana gəlib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər