Göyçayın icra başçısı kəndlinin torpağını əlindən aldırdı – VİDEO/FOTO

Göyçayın icra başçısı kəndlinin torpağını əlindən aldırdı – VİDEO/FOTO
  • Sosial, Araşdırma, Asiya TV

  • “Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı qanunsuzluq və haqsızlıq edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluq edən Mehdi Səlimzadə mənə məxsus olan torpaq sahəsini qanunsuz olaraq başqa şəxsə icarəyə verdirib”.


    Bu sözləri Göyçay rayonu Mallışıxlı kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Manafov Şirxan Mircəfər oğlu Asiya.az-a ünvanladığı şikayət məktubunda yazıb.


    Şirxan Manafov qeyd edir ki, “İcra başçısı Mehdi Səlimzadə bu işi Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmova etdirib. Belə ki, Mallışıxlı kəndi ərazisində mənə məxsus torpaq sahəmi “AzNar” şirkətinə verdim mənə isə onlar əvəzində Həşimov Biniyət Sərxan oğluna məxsus 2,06 hektar torpaq sahəsini veriblər. Daha doğrusu razılşama əsasında torpaqlarımızı dəyişmişik. Çünki mənə məxsus torpaq “AzNar” şirkətinə məxsus torpaqların yanında idi, onların verdiyi torpaq sahəsi isə yaşadığım evin yaxınlıqda yerləşir.

    Qeyd edim ki, həmin 2.06 ha torpaq sahəsini bələdiyyə yaranmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən Göyçay rayonu Mallışıxlı kənd sakini Həşimov Binyət Sərxan oğluna qanunu sənədlərlə verilmişdir.

    Buna baxmayaraq icra başçısından sifariş alan Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxta sənədlərlə qanunsuz hərrac vasitəsi ilə mənə məxsus torpaq sahəsini Niyaz adlı Göyçay şəhər sakininə icarəyə verib. Hansı ki, həmin torpağın əkinə tam yararlı olması üçün pul xərcləmişəm, 5 ildir ki, mən əkib becərirəm, ətrafına 300 dən çox meyvə ağacları əkmişəm. Həmçinin baramaçılığın inkişaf etdirilməsi üçün çoxlusayda tut ağacları əkmişdim ki, onlarıda məhv etdilər.

    Əgər həmin sözügedən 2.06 hektar torpaq sahəsi Mallışıxlı bələdiyyəsinə məxsus idisə nə üçün indiyə qədər məndən icarə müqaviləsi bağlamaq və icarə pul tələb olunmayıb?

    Mallışıxlı bələdiyyəsinin sədri Eldar Məhərrəmov 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimovla əlbir olaraq şəxsi mülkiyyətdə olan torpaq sahəsini saxta sənədlərlə bələdiyyə mülkiyyətinə keçirib başqa şəxsə icarəyə vermişdilər. Bu cinayət əməlidir ki, təsdiq edən konkret və mötəbər subutlar var.

    Həttda həmin torpaq bələdiyyə mülkiyyəti olsa belə ilk olaraq icarə üçün mənə təklif olunmalı idi. Çünki həmin torpaq sahəsinin əkinə yararlı olması üçün bankdan kredit götürüb pul xərcləmişəm. Həmin torpağın ətrafına ağaclar əkmişəm, 1500 metr su bərəsi çəkdirmişəm.
    Bu barədə Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə şikayət etdikdə mənə verdiyi cavabdan tam məlum oldu ki, mənə məxsus şəxsi mülkiyyətdə olan 2.06 ha torpaq sahəsini Niyaz adlı Göyçay şəhəri sakininə onun tapşırığı ilə veriblər.

    Mən Mallışıxlı kənd sakiniyəm orada ailəmlə birlikdə yaşayırıam. Altı nəfərlik ailəmin dolanışıq yeri həmin torpaq sahəsidir. Ailəm həmin torpaqda əkinçiliklə məşğul olub birtəhər dolanırdıq. İndi isə vəzifəli şəxslərin saxtakarlığı, cinayət əməli nəticəsində şəxsi mülkiyyətdə olan 2.06 ha torpaq sahəsi qanunsuz olaraq şəhər sakininə icarəyə verilib.Həttda torpaq sahəsinin ətrafına əkdiyim 300 dən çox ağacı traktor vasitəsi ilə məhv ediblər.

    Mənim ailəmə qarşı edilən bu haqsızlığa baxmayaraq ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli və qayğıkeş prezidenti var. İnanıram cənab Prezidentin tapşırığı əsasında komissiya yaradılacaq və bu şikayət ərizəm yerində mənim iştirakımla sənədlərlə obyektiv araşdırlacaq, cinayət törədib şəxsi mülkiyyətdə olan torpağı ələ keçirmiş vəzifəli şəxslərin barəsidnə ciddi tədbirlər görüləcək”.

    Sonda Şirxan Manafov Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək komissiya yaradılıb sənədlərlə obyektiv araşdırma aparılmasına və qanunsuzluq etmiş vəzifəli şəxslər barəsdinə ciddi tədbirlər görülməsi üçün qanuna müvafiq tapşırıq verməsini xahiş edib.

    Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
    Asiya.az



    Göyçayın icra başçısı kəndlinin torpağını əlindən aldırdı – VİDEO/FOTO
    Göyçayın icra başçısı kəndlinin torpağını əlindən aldırdı – VİDEO/FOTO
    Göyçayın icra başçısı kəndlinin torpağını əlindən aldırdı – VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər