Rus pulu tarixinin ən qara gününü yaşadı

Rus pulu tarixinin ən qara gününü yaşadı
  • Dünya, İQTİSADİYYAT, Manşet

  • Neftin qiyməti düşdükcə rubl daha çox dəyər itirir. Rus pulu tarixinin ən qara gününü yaşayır.

    Asiya.az
    xəbər verir ki, rubl dollara nisbətdə heç vaxt bu qədər aşağı məzənnəyə sahib olmayıb. Bu gün 82 göstəricisi qeydə alınıb.

    Neftin qiyməti martın 6-da Rusiya ilə Səudiyyə Ərəbistanının danışıqlarının müsbət nəticə verməməsindən sonra düşməyə başladı. Bu proses rublun da “belini qırdı”. Təsəvvür edin, hələ yanvarın ortalarında 1 dollar 60 rubla bərabər sayılırdı. Rusiya milli valyutası ilin əvvəlindən 30 faizdən çox dəyər itirib. Bu göstəriciyə görə rublu ilin ən pis valyutası adlandırıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər