Millət vəkili Anar İsgəndərovun Novruz bayramı təbriki

Millət vəkili Anar İsgəndərovun Novruz bayramı təbriki
  • Cəmiyyət / Manşet

  • VI çağırış Milli Məclisə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilən Anar İsgəndərov Novruz bayramı münasibətilə seçicilərini təbrik edib.

    Anar İsgəndərov Asiya.az-a danışarkən koronavirus səbəbindən seçiciləri ilə görüşə gedə bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirib.

    “Əziz və hörmətli seçicilərim!
    Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, Allahdan hər birinizə can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət arzu edirəm.
    Məlum səbəblərə görə Sizinlə görüşə gələ bilmədim. İnşəAllah hamımızı narahat edən bu xəstəliyin ömrü az olacaqdır. Dövlətimizin gördüyü təxirəsalınmaz tədbirlər və Sizin dualarınız xalqımızı bu mucadilədə qalib çıxaracaqdır.
    Hər birinizə xoş günlər və rahat həyat arzulayıram.
    Milli Məclisin deputatı Anar İsgəndərov
    PAYLAŞ:

    Oxşar xəbərlər