Daşkəsəndə COVİD–19 infeksiyasına qarşı dezinfeksiya işləri davam edir - FOTO

Daşkəsəndə COVİD–19 infeksiyasına qarşı dezinfeksiya işləri davam edir - FOTO
  • Sosial

  • Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubunun icrası ilə əlaqədar karonavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların qrup və fərdi surətdə qəbula gəlmələri təxirə salınaraq görüşlərin keçirilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb, yerlərdə səyyar görüşlərin keçirilməsi təxirə salınıb.

    Asiya.az
    xəbər verir ki, hazırda rayon sakinləri tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və məsul şəxslərinə internet üzərindən və telefon rabitəsi ilə müraciətlərin edilməsi üçün İcra Hakimiyyətinin rəsmi saytında və facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş əlaqə vasitələri təqdim edilmişdir. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər. Vətəndaş müraciətlərinin elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə Rayon İcra Hakimiyyətində məsul əməkdaşlar da müəyyənləşdirilmişdir.

    Rayon sakinləri müraciətlərini eyni zamanda Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı elektron müraciətlər bölməsindən (www.dashkesen-ih.gov.az) və rəsmi e-mail ([email protected]) vasitəsilə də birbaşa ünvanlaya bilirlər.

    Daşkəsən rayonunda sakinləri arasında baş vermiş ölüm hallarının dərhal dövlət qeydiyyatına alınması və bununla bağlı bütün tədbirlərin, o cümlədən müvafiq məlumatların aidiyyəti dövlət qurumlarına vaxtında, düzgün ötürülməsi işinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administarsiyasından verilən tapşırıqların icrasını operativ təmin etmək üçün Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin rəhbərliyi ilə qərargah yaradılmışdır.

    Qərargah tərəfindən COVİD-19 infeksiyasına qarşı mübarizəni daha da gücləndirmək üçün rayon ərazisində - qəsəbə və kəndlərdə mövcud vəziyyətin daim nəzarətdə saxlanılması, ölüm halları və vəfat etmiş şəxslərə dair müvafiq məlumatlar barədə Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin vasitəsilə yerlərdən məlumatların dərhal təqdim olunması və qərargahda təmsil olunan qurumlar tərəfindən tam dürüstləşdirilərək aidiyyəti yuxarı orqanlara məlumatların operativ olaraq ötürülməsi təmin edilir. Rayon ərazisində vaxtaşırı olaraq həyata keçirilən tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi də vacib yer tutur.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçı Əhəd Abıyevin tapşırığı ilə karonavirus infeksiyasının rayon ərazisində yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktika işlərinin aparılması məqsədilə tədbirlər davam etdirilir. Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə yaşayış və inzibati binaların girişlərinin, marşrut avtobuslarının, bazar ərazisinin, məişət tullantılarının daşınması üçün nəzərdə tutulan mövcud maşın-mexanizmlərin, zibil yeşiklərinin dezinfeksiya işləri aparılır və bu tədbirlərin icrası Qərargah tərəfindən ciddi nəzarətdə saxlanılır.

    Daşkəsəndə COVİD–19 infeksiyasına qarşı dezinfeksiya işləri davam edir - FOTO
    Daşkəsəndə COVİD–19 infeksiyasına qarşı dezinfeksiya işləri davam edir - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər