Koronavirusa daha çox cənub zonasının əhalisi yoluxub — Rəsmi

Koronavirusa daha çox cənub zonasının əhalisi yoluxub — Rəsmi
  • Sosial / Manşet

  • “Fevralın axırı-martın əvvəli koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə idxal olunurdu. Bundan sonra xəstəlik halları ölkə daxilində qeydə alınmağa başladı”.

    Asiya.az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma halı daha çoxdur:

    “Bu da sərhədlərin tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan ölkəyə daxil olmuşdu, çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları da var idi. Ona görə böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər