“Kapital Bank”ın Masallı filialında özbaşınalıq - VİDEO/FOTO

“Kapital Bank”ın Masallı filialında özbaşınalıq - VİDEO/FOTO
  • Sosial / Araşdırma / Asiya TV

  • “Kapital Bank”ın Masallı rayon filalında hər gün eyni problem yaşanır. Rayon sakinlərinin çoxunun bu bankın müştərisi olmasına baxmayaraq bankda müştəri məmnunluğu yoxdur.

    Asiya.az
    xəbər verir ki, hər gün yüzlərlə rayon sakini bankın qarşısında saatlarla növbə gözləyirlər. Sakinlər bunla bağlı dəfələrlə bank rəhbərliyinə iradlarını bildirsələr də, heç bir müsbət dəyişiklik baş verməyib.

    Dünyanı ağuşuna alan koronavirusla mübarizə aparılan bir vaxtda, ölkəmizdə xüsusi karantin rejmi elan edilən bir zamanda vətəndaşlar infeksiyaya yoluxma riskini gözə alaraq “Kapital Bank”ın qarşısında nöbə gözləyirlər.

    Pensiya, sosial müavinatların ödənilən günü bu bankın qarşısında xüsusilə tıxac yaranır. Səbəb isə banka aid olan bankomatların azlığı, xidmətin zəif aparılması və yetərincə əməliyyatçı operatorun olmamasıdır.

    Asiya.az-ın əməkdaşı bununla bağlı “Kapital Bank”ın Masallı Rayon filialının direktoru ilə əlaqə saxlayaraq, respublikada xüsusi karantin rejimi elan edilən bir gündə bankın qarşısında yüzlərlə adamın növbə tutmasının səbəbini öyrənməyə çalışıb.
    Bank direktoru bildirib ki, “Mən heç kimi məcbur orada saxlamamışam. Sizə də heç bir açıqlama vermək istəmirəm”.



    “Kapital Bank”ın Masallı filialında özbaşınalıq - VİDEO/FOTO
    “Kapital Bank”ın Masallı filialında özbaşınalıq - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər