Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR

Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR
  • Sosial

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə kütləvi informasiya vasitələrinə müsahibə verib.

    Asiya.az
    xəbər verir ki, icra başçısı bildirib ki, koronavirus (COVİD - 19) infeksiyasının Daşkəsən rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması məqsədilə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti Administarsiyasından verilən tapşırıqların icrasını operativ təmin etmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətində qərargah yaradılıb.

    "Nazirlər Kabineti yanında yaradılmış xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin tabeliyində olan xüsusi texnikalar vasitəsi ilə Daşkəsən şəhərinin küçələri yuyulur və rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

    Hörmətli dövlət başçısının dəstəyi nəticəsində bu gün Daşkəsən rayonunun communal strukturlarında texnika və maliyyə təminatı baxımından heç bir poblemimiz yoxdur.

    Bu prosses şəhərin və kəndlərin bütün məhəllə və yollarını əhatə edir. Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, pilləkənlərdə, meydançalarda və sakinlərin daha çox olduğu yerlərdə dezinfeksiyaedici tədbirlər aparılır.

    Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin nəcib təşəbbüsü ilə yaradılmış ümumi həmrəyliyə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fonduna Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları da öz vəzifə maaşlarının 50 faizini ianə etməklə qoşulublar. Ümumilikdə 9 min 170 manat məbləğində vəsait artıq Fonda köçürülüb.

    Rayon ərazisində koronavirus infeksiyası ilə bağlı aparılan tədbirlər davam etdirilərək tərəfimizdən ciddi nəzarətdə saxlanılır, əhalinin sağlamlığının qorunmasını başlıca məqsəd kimi qəbul edərək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi barədə tapşırıq və tövsiyələri Daşkəsəndə həyata keçirilir.

    Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargahda vaxtaşırı müşavirələr keçirilir, tapşırıqlar verilir.

    Allah cənab Prezidentimizi qorusun, cənab Prezidentimiz də xalqımızı və dövlətimizi qorusun. İlahi qüvvə həmişə köməyimizdə olsun", - deyə Əhəd Abıyev bildirib.

    Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR
    Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR
    Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR
    Daşkəsən şəhərinin küçələrində dezinfeksiya işləri aparılıb- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər