Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - RƏSMİ AÇIQLAMA

Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - RƏSMİ AÇIQLAMA
  • Olay

  • Bakıda metronun "28 May” stansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

    Asiya.az
    xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

    Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçənin giriş-çıxışını bağlayıb.


    "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

    "Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər