Bulvara girişin qadağan edilməsi xəbərinə aydınlıq gətirildi (AÇIQLAMA)

Bulvara girişin qadağan edilməsi xəbərinə aydınlıq gətirildi (AÇIQLAMA)
  • Sosial

  • "Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

    Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.

    O qeyd edib ki, əraziyə yalnız avtomobillərin daxil olması qadağandır:

    "Bulvar ərazisində iki parkinq var. Bütün maarifləndirici tədbirlərə baxmayaraq, əraziyə avtomobillər yaxınlaşır. Burada xidmət göstərən polis əməkdaşları məhz avtomobillərin əraziyə daxil olmasının qarşısını alır. Artıq iki gündür ki, bu parkinqlərin bağlanmasına qərar verilib. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara uyğun olaraq, atılan addımdır.

    Piyadaların bulvar ərazisinə daxil olması qadağan edilməyib. Bu məlumat həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları insanlara yaxınlaşaraq, toplu şəkildə hərəkət etməməyi, ara məsafəni gözləməyi, maska və əlcəklərdən istifadə etməyi tövsiyə edirlər. Təbii ki, ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər