Masallıda YPX əməkdaşı sürücünü döydüyünə dair iddialar - VİDEO

Masallıda YPX əməkdaşı sürücünü döydüyünə dair iddialar - VİDEO
  • Araşdırma / Olay / Asiya TV

  • Masallı rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücüyə qarşı kobud davranışını əks etdirən videogörüntü yayılıb...

    Asiya.az
    oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Vətəndaş iddia edir ki, Masallı rayonunda DYP alayının 11-ci taqımının əməkdaşları onu döyüb.
    Masallı rayonunda DYP-nin əməkdaşları tərəfindən döyüldüyü iddia edilən 19 yaşlı Əliyev Sadiq Pərviz oğlu bu barədə 11-ci taqım komandiri Qafarov Hikmətə müraciət edərək, DYP-nin 99-YP-945 dövlət nömrə nişanlı xidməti avtomobildəki müşahidə kamerasına baxış keçirilməsini, həmin müşahidə kamerasında döyülməsi faktının olmasını və yol polisi əməkdaşları barəsində ciddi tədbirlər görülməsini xahiş edib.

    Bundan başqa, DYP-nin 11-ci taqım komandiri Hikmət Qafarovun ona “Əməkdaşlarımız düz edib, səni döyüblər!”, - deyə cavab verməsi iddia olunur.
    Paylaşımda o da qeyd olunub ki, həmin polis əməkdaşları S.Əliyevi şərləyib tutdurmaq istəyir. Bildirilir ki, buna səbəb olaraq onun Yol Polisi əməkdaşlarını təhqir etməsi irəli sürülür.

    Xatırladaq ki, DYP əməkdaşlarının S.Əliyevi hansı səbəbdən saxladıqları məlum deyil.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında məsələnin araşdırılacağını deyib: “Görüntülərdə iddia edilən kimi, döyülmə faktı olmadığı üçün vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparıla bilər. Bütün hallarda məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək”.

    PAYLAŞ:

    Oxşar xəbərlər