Daşkəsəndə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır

Daşkəsəndə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır
  • Sosial

  • Daşkəsən rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə əhali arasında xüsusi karantin rejiminə riayət olunması üçün ciddi təbliğat işləri aparılır.

    Asiya.az
    xəbər verir ki, Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər.
    Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərlə mütəmadi maarifləndirici söhbətlər aparır, onlara sağlamlıqlarının qorunması üçün evdə qalmalarının vacibliyi bir daha izah olunur. Mobil qruplar tərəfindən gündəlik olaraq maarifləndirmə işləri aparılır. Ərazilərdən skamyalar yığışdırılmışdır.

    Rayon ərzisində supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, çayxana, kafe, restoran və digər ictimai iaşə və ticarət obyektlərinin fəaliyyəti dayandırılmışdır.

    Bu günədək 58 yaşayış, 15 inzibati binada, 44 ticarət obyektində, 2 mehmanxanada, bazar, və avtovağzal ərazisində dezinfeksiya işləri aparılmışdır. 2 zibildaşıyan maşın, 84 konteyner, 4 zibil çalası dezinfeksiya olunmuşdur.

    Könüllülər tərəfindən 194 rayon sakininə sosial xidmətlər göstərilmişdir.

    1158 nəfər rayon sakini müayinədən keçmiş və 169 nəfərdən yaxma götürülərək Şəmkir Taun Əleyhinə stansiyaya göndərilmişdir.
    191 nəfər 65 yaşdan yuxarı rayon sakininə xəbərdarlıq edilmişdir.

    Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədilə rayon ərazisində, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.

    Rayona giriş-çıxış, o cümlədən rayonlararası və şəhərlərarası nəqliyyat məhdudlaşdırılmışdır. Zəruri nəqliyyat vasitələrinin - ərzaq, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkətinə icazə verilir.

    İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər