Qənirə Paşayeva şirkətlərə, imkanlı şəxslərə çağırış etdi - VİDEO

Qənirə Paşayeva şirkətlərə, imkanlı şəxslərə çağırış etdi - VİDEO
  • Sosial / Asiya TV

  • Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə koronavirus pandemiyası kimi dünyada bəlaya çevrilmiş ciddi problemə görə çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib.

    “Böyük şirkətlər, böyük restoran və böyük tikinti şirkətlərinə üzümü tutub demək istəyirəm ki, dövlətimizin koronavirus pandemiyası kimi dünyada bəlaya çevrilmiş ciddi problemlə mübarizə apardığı çətin bir dövrdə işçiləri ixtisara salmayın, maaşlarını verin”.

    Asiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.

    Q.Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir: “Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

    PAYLAŞ:

    Oxşar xəbərlər