Acun Ilıcalı Pərvizi oyundan kənarlaşdırdı - VİDEO+FOTO

Acun Ilıcalı Pərvizi oyundan kənarlaşdırdı - VİDEO+FOTO
  • Mədəniyyət / Asiya TV

  • "Survivor 2020" yarışmasında bu dəfə də tamaşaçılar gərgin oyunun şahidi oldu.

    Asiya.az
    xəbər verir ki, TV8-də yayımlanan verilişdə həmyerlimiz Pərviz Abdullayev rəqibi ilə mübarizə zamanı dalaşıb.

    Burak adlı iştirakçı ilə mübahisə sonradan davaya çevrilib. Tərəfləri ayırıb sakitləşdiriblər. Ancaq oyun zamanı Burak yıxılarkən Pərvizin ayağına vurub.

    Bu hərəkəti görən Pərviz isə rəqibinin ayağını tapdalayıb. Hakim qismində çıxış edən Acun Ilıcalı kadrları yenidən izlədikdən sonra Pərvizi oyundan çıxarıb.

    Pərvizin oyundan kənarlaşdırılmasından sonra Ersin meydana daxil olub.

    Sonda "Məşhurlar" komandası məğlub olaraq yemək mükafatını qazanmaq imkanını əldən veriblər.



    Acun Ilıcalı Pərvizi oyundan kənarlaşdırdı - VİDEO+FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər