Azərbaycanda işıqpuluna olan limit artırıla bilər

Azərbaycanda işıqpuluna olan limit artırıla bilər
  • Sosial / Manşet

  • “Əhalinin elektrik enerjisinin, kommunal limitinin artırılması proqramı da təkliflər arasında yer alıb”.

    Asiya.az
    xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün AzTV-yə müsahibəsində deyib. Nazir bildirib ki, karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb:

    “Əhalinin həssas qrupları üçün bu, xüsusilə nəzərə alınacaq”.

    Nazir əlavə edib ki, mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.
    Qeyd edək ki, hazırda aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər