Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul köçürülüb? (MƏBLƏĞ)

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul köçürülüb? (MƏBLƏĞ)
  • Araşdırma, İQTİSADİYYAT

  • Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

    Asiya.az xəbər verir ki, bu günə kimi fonda 102 741 569 AZN, 132 966 USD, 26 468 EUR, 500 GBP vəsait köçürülüb.

    Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

    Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

    Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər