Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)

Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)
  • Sosial / Manşet

  • Masallı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallı Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb.

    Asiya.az xəbər verir ki, ilk görülən işlərdən biri əhali arasında gediş-gəlişin çox olduğu el arasında “Köhnə bazar” adlanan 20 Yanvar küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Həmin küçə ərazisində fəaliyət göstərən mağazaların satıcılarına tibbi maska taxmaları tövsiyə olunub.

    Əldə etdiyimiz məlumata əsasən Masallı rayonunda yaradılmış Koronavirusla Mübarizə Qərərgahı vəziyyətin olduqca kritik olduğunu nəzərə alaraq belə qərar qəbul edib.

    Bundan əlavə rayonun müxtəlif yerlərində Masallı RPŞ, FHN, SQ, DQ-ın əməkdaşları birlikdə 60-a yaxın post quraraq kəndlərdən rayon mərkəzi istiqamətinə vacib olmayan səbəblərdən hərəkət edən avtomobillər saxlanılaraq, geri qaytarır.

    Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son günlər rayon ərazisin gəzərək çöldə gəzən sakinlərlə fərdi qaydada söhbətlər aparır. İcra başçısı onlara izah və xahiş edir ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır. Əgər belə olsa virus yayılmaz, xəstələnmərik və başqa vətəndaşları xəstələndirmərik. Nə qədər evdə otursaq, bir o qədər yaxşıdır.

    Əldə etdiyimiz məlumata əsasən Masallı rayon ərazisində fəaliyyət göstərən istehlak müəssisələrinin, çörək sexlərinin, ərzaq mağazalarının və bu kimi iaşə obyektlərinin işçilərinə Masallıdan olan Millət vəkili Məşhur Məmmədovun göstərişi ilə 2600 ədəd tibbi maska və 4500 ədəd 100 ml spirt paylanılıb.
    Asiya.az

    Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)
    Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)
    Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)
    Masallıda koronavirus tədbirləri – YOLLAR BAĞLANDI (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər