Bakı şəhərindəki tikinti materialları bazarında yanğın söndürülüb

Bakı şəhərindəki tikinti materialları bazarında yanğın söndürülüb
  • Olay

  • Bakı şəhəri Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb.

    “Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”.

    Asiya.az
    xəbər verir ki, bunu APA-ya açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

    O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib:

    Polkovnik Ə.Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər