"Nəfəs ala bilmirdim" - Koronavirusa yoluxan məşhur futbolçu

  • İdman

  • “Liverpul” klubunun və İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna koronavirusa yoluxduqdan sonra keçirdiyi simptomlar haqqında danışıb.

    “Corriere dello Sport” xəbər verir ki, virusun ilk simptomları üzə çıxan kimi 37 yaşlı futbolçu dərhal ailəsindən təcrid edilib.

    “İsitmə, quru öskürək, baş ağrısı və yorğunluq hissi məni tərk etmirdi. 25 dəqiqə ərzində, demək olar ki, nəfəs ala bilmədiyimdən sonra çox qorxdum. Sanki bir anda boğazım yığıldı və hava oradan keçə bilmirdi”, - deyə P.Reyna etiraf edib.

    O, 6-8 gün təcriddə qaldığını bildirib. Sonra xəstəlik səngiməyə başlayıb və hal-hazırda idmançı əvvəlki vəziyyətinə qayıdıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər