Şanlı Aprel döyüşlərinin şəhidləri - Siyahı

Şanlı Aprel döyüşlərinin şəhidləri - Siyahı
  • Cəmiyyət / Manşet

  • 2016-cı ilin aprel döyüşlərindən artıq dörd il keçir. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir...

    Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb.

    Tarix boyu Azərbaycan əsgəri vətəni, bir qarış torpağı uğrunda canından keçməyə hazır olub. Şəhidlik elə bir zirvədir ki, o hər insana nəsib olmur. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

    Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsini hörmətlə anaraq, 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin siyahısını təqdim edirik:

    Polkovnik:


    Vüqar Nurəddin oğlu Yusifov

    Polkovnik-leytenant:

    Raquf Cahangir oğlu Orucov

    Murad Telman oğlu Mirzəyev

    Mayor:


    Təbriz Tariyel oğlu Musazadə

    Urfan Üzeyir oğlu Vəlizadə

    Rasim Əbdül oğlu Məmmədov

    Elnur Adil oğlu Əliyev

    Samit Gülağa oğlu İmanov

    Kapitan:

    İnqilab Çingiz oğlu Quliyev

    Mühid Qurban oğlu Orucov

    Vaqif Dilqəm oğlu Bayramov

    Nəcməddin Akif oğlu Savalanov

    Baş leytenant:


    Əbu Bəkir Vüqar oğlu İsmayılov

    Mirzə Sərvər oğlu Novruzov

    Rəşid Rövşən oğlu Mehdiyev

    Ziya Niyazi oğlu Həsənov

    Elvin Məmməd oğlu Namazov

    Cavid Gülbala oğlu Dədəkişiyev

    Elnur İsgəndər oğlu İsgəndərov

    Sahil Həsrət oğlu Şirinov (leytenant)

    Gizir:


    Dilsuz Məmmədağa oğlu Qarayev

    Elimdar Səlimxan oğlu Səfərov

    Orxan Kazım oğlu Hümbətov

    Orxan Ələsgər oğlu Müstəcəbov

    Məhəbbət Zaman oğlu Mirzəyev

    Nurlan Rasim oğlu Abdullayev

    Ravil Elman oğlu Novruzov

    Rusif İbrahim oğlu Ağayev

    Teymur Sabir oğlu Qasımov

    Murad Vaqif oğlu Məmmədov

    Bəxtiyar Rəfael oğlu Hüseynov

    Toğrul Habil oğlu Fərəczadə

    Şahin Yaşar oğlu Cavadzadə

    Pəncəli Nurməmməd oğlu Teymurov

    Tural Gülşad oğlu Qurbanov

    Mirsalam Təvəkkül oğlu Cəfərov

    Seymur Qulamhüseyn oğlu Baxışov

    Babək Vəfadar oğlu Abidov (Kiçik gizir)

    Çavuş:


    Təbriz Hamlet oğlu Əsgərov

    Elvin Sədrəddin oğlu Qayıbov

    MAXE hərbi qulluqçu:

    Ruhin Əşrəf oğlu Qəhrəmanov

    Nurlan Bayram oğlu Əsgərov

    Rahim Qara oğlu Tağıyev

    Nicat Bəhruz oğlu İsgəndərov

    Səbuhi Rəfayıl oğlu Musayev

    Adil Kamran oğlu Adilzadə

    Rüstəm Oruc oğlu Əhmədov

    Siravi:

    Rəvan İsmayıl oğlu Nurayev

    Orxan Məhəmməd oğlu Əliyev

    Sarvan Natiq oğlu Mehrəliyev

    Samir Ziyəddin oğlu Qaçayev

    Fərahim Adışirin oğlu Novruzov

    Nürəddin Etimad oğlu Mirzəyev

    Sərxan Azər oğlu Bağırov

    Hüseyn Zeynal oğlu Dəmirli

    Ömər Məzahir oğlu Cəbrayılov

    Vüqar Natiq oğlu Süleymanov

    Teymur Mikayıl oğlu Qasımov

    Rizvan Telman oğlu Muradov

    Müşviq Arif oğlu Orucov

    Cabbarxan İlham oğlu Hacıağayev

    Nurlan Cəmil oğlu Qasımov

    Xaliq Həsən oğlu Əzizzadə

    Emin İmran oğlu Bağırov

    Kamran Faiq oğlu Şirəliyev

    Əlizaman Fərrux oğlu İslamov

    Ülvin Cəmaləddin oğlu Məmmədov

    Şulan Bayram oğlu Bayramov

    Fəxrəddin Seyfəddin oğlu Qurbanlı

    Firdovsi Əliş oğlu Bağırzadə

    Mahir Sabir oğlu Mirzəyev

    Röyal İmran oğlu Nəsirov

    Altun Fərman oğlu Dəmirli

    Elşən Səlim oğlu Səmədov

    Vüsal İlham oğlu Alıyev

    Mikayıl Yaqub oğlu Vahabzadə

    Mahir Qədir oğlu Quliyev

    Nazim Nadir oğlu Zəkarayev

    Yalçın Namiq oğlu Osmanov

    Elvin Azadxan oğlu Mirzəyev

    Əmiraslan Xəlil oğlu Xeyirbəyov

    Elvin Azadxan oğlu Mirzəyev

    Əbdülməcid Nadirşah oğlu Axundov

    Mahmud Azər oğlu İbrahimov

    Sərxan Oqtay oğlu Bayramov

    Əmrah Aydın oğlu Yüzbəyov

    Əli İntiqam oğlu Heydərov

    Natiq Namiq oğlu Tahirli

    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə, Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif ediliblər.

    Vətən qarşısındakı xidmətlərinə görə, təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.(oxu.az)

    Allah şəhidlərimizə rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər