Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏM

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏM
  • Sosial / Manşet

  • Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən xəbərə görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər