Müğənni Cəmilənin qapısını döyüb yemək istədi və səhəri günü bu baş tutdu – VİDEO

Müğənni Cəmilənin qapısını döyüb yemək istədi və səhəri günü bu baş tutdu – VİDEO
  • Mədəniyyət / Asiya TV

  • Müğənni Cəmilə İsgəndərova (Elit Star) pandemiya səbəbilə evlərindən bayıra çıxa bilməyən və ehtiyacı olan qonşularına yardım edib.

    Cəmilə xanımın sözlərinə görə, yardıma ehtiyacı olan biri onun qapısını döyüb ac olduğunu deyəndən sonra bu aksiyanı təşkil etmək qərarına gəlib:

    “Bu çətin günlərdə xalqıma səbr diləyirəm. Qapımı döyürlər, deyirlər ki, dünəndən acam, acından gecəni yata bilməmişəm. Mən buna necə dözə bilərəm? Mən də yata bilmərəm axı. Bu mənim xalqımdır. Xalqımın pisinə qurban olum! Bu yardım aksiyasının ən başında duran Elgiz Əkbərdir”.

    PAYLAŞ:

    Oxşar xəbərlər